Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi – TAM SİYAHI

  • By admin
  • 01 Avqust 2017 20:32

0f9f1f359e342cecb3d584e96148ece8
Bu gündən ödənişsiz “Wi-Fi”dan artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də yararlanmaq mümkündür.

Gununsesi.info-nun trend-ə istinadən məlumatına görə, bununla əlaqədar işlər “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də “Axundov”, “Sabir” və “Xaqani” bağlarında ödənişsiz “Wi-Fi” təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz “Wi-Fi”ın paytaxtın “Hüseyn Cavid” və “Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

Gununsesi.info