
Bakı şəhərinin Xətai rayonunda qəbiristanlıq ərazisində 1 ha sahədə quru ot və kol-kos yanıb.
Gununsesi.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın Xudu Məmmədov küçəsində yerləşən qəbiristanlıqda baş verib.
Gununsesi.org