Bakıda Qərbi Azərbaycan parkı yaradırılır

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq.

Gununsesi.info  xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə müsahibəsində deyib.

Ə. Ələkbərli bildirib ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:

“Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük Qərbi Azərbaycan parkı yaradılacaq”.

 

 

Gununsesi.info