Bakıda qəssabların heyvanlarla heyvani rəftarı hər kəsi hiddətləndirdi – VİDEO

  • By admin
  • 24 Fevral 2021 22:20

Geridə qalan qarlı, şaxtalı gecədə Bakıda qəssabların yol verdiyi nöqsan əksəriyyətin mənfi reaksiyasına səbəb olub.

Söhbət paytaxtın “Həzi Aslanov” metrosu yaxınlığında və Yeni Yasamaldakı qəssab dükanlarından gedir. Belə ki, həmin dükanlarda çalışan qəssablar çovğunlu, şaxtalı gecədə aldıqları iribuynuzlu heyvanları boynuna ip bağlayaraq çöldə saxlayıblar. Nəticədə isə boğazında kəndir olduğu üçün tərpənə bilməyən həmin heyvanlar şaxtalı gecənin əsiri olublar.

Qeyd edək ki, bu barədə sosial şəbəkədə paylaşılan bu görüntülər izləyicilərin böyük narazılığına səbəb olub.

Gununsesi.info