Avqustun 7-də saat 20:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Araşdırma aparılır.
Gununsesi.info