Bakıda qəza baş verib, işıqfor yararsız vəziyyətə düşüb

  • By ilhame
  • 12 İyun 2024 19:28

Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bildirilib ki, qəza nəticəsində yolayrıcında olan 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.

Gununsesi.info