Bakıda qəza oldu, prospektdə tıxac yarandı - Foto

Bu gün Bakı şəhər Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər aparılır.

 

Gununsesi.info