Bakıda qətl törədən şəxslə bağlı DİN MƏLUMAT YAYDI

  • By admin
  • 16 Oktyabr 2017 13:12
din
Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov saxlanılıb.
Döş qəfəsində bıçaq xəsarəti olduğu üçün o da xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info