Bakıda qətl törətmiş şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda qətl törətməkdə təqsirləndirilən Asim Nəcəfova hökm oxunub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror A.Nəcəfova 19 il cəza istəmişdi.

Qeyd edək ki hadisə bu ilin aprelində Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, A.Nəcəfov tanışı 32 yaşlı Şahmar Balayevi şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

A.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi illə ittiham irəli sürülüb.

Gununsesi.info