
Sabunçu rayonu ərazisində yataqxana yanıb.
Gununsesi.info Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, ötən gecə saat 05 radələrində Bakıxanov qəsəbəsi, Məktəbli küçəsi 6 ünvanında yerləşən məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib. İknici mərtəbədə başlayan yanğın üçüncü mərtəbəyə də keçib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını alıblar. Sakinlərin verdiyi xəbərə görə hadisə nəticəsində ikinci mərtəbənin mətbəxi də daxil olmaqla bir hissəsi yanıb.
Qeyd edək ki, sözügedən binada 13-cü polis bölməsi də yerləşir.
Gununsesi.info