Bakıda qadın əkiz körpələri ilə birlikdə yoxa çıxdı

  • By admin
  • 07 İyun 2018 12:10

Bakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz körpələri ilə birlikdə itkin düşüb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları -Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

 Binəqədi Rayon Polis İdarəsi onların axtarışlarını aparır.