Bakıda qadın ərini baltalayıb.
Gununsesi.info xəbər verir ki, yanvarın 21-də saat 08 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 1995-ci il təvəllüdlü Lalə İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb. Baş nahiyəsindən ağır xəsarət alan kişi xəstəxanaya çatdırılıb.
Ərinə ağır xəsarət yetirən L.İmaşova tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırma aparılır.
Gununsesi.info