Bakıda arvad ərini bıçaqlayıb.
Gununsesi.info xəbər verir ki, hadisə Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində yerləşən parkların birində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Mahmud Şahzadə oğlu həyat yoldaşı ilə mübahisə edib. Nəticədə o, arvadı tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan M.Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.info