Bakıda qadın 15 ildir küçədə yaşayır - YATIZDIRIB EVİNİ ƏLİNDƏN ALDILAR (VİDEO)

  • By admin
  • 29 Avqust 2017 10:48
59a50fa85237f_1503987393_img_20170828_131924
Qaraçuxur qəsəbəsində küçədə yaşadığı deyilən Lidiya Qrişinanın yaşamını işıqlandırmaq qərarına gəldik.
Gununsesi.info Baku.ws-ə sitinadən xəbər verir ki, L.Qrişina ilə söhbətimiz zamanı məlum oldu ki, qadın nə az, nə çox düz 15 ildir, küçədə yaşayır.
1985-ci ildə çalışdığı Təkər zavodundan ona verilən mənzil 2002-ci ildə bir qaçqın ailəsi tərəfindən mənimsənilib.
Qadının dediyinə görə, əvvəl onu yatızdırıb evi əlindən alıblar, sonra isə Psixiatrik Xəstəxanaya yerləşdirilib. O həm də bütün sənədlərinin əlindən alındığını, təqaüdünü belə köhnə pasportuna əsasən aldığını iddia edir.

Gununsesi.info