Bakıda qadın 9-cu mərtəbədən yıxılıb öldü

  • By Admin2
  • 17 Mart 2026 13:32

Ötən gün Bakıda ölümlə nəticələnən hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, saat 14 radələrində 1983-cü il təvəllüdlü Fazilə Həsənova yaşadığı Məhəmməd Hadi küçəsindəki binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info