Bakıda qadın jurnalisti restoranda döydülülər

  • By admin
  • 23 Aprel 2019 15:24

Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən “Oskar” otel-restoranında 39 yaşlı Jalə Əliyeva döyülüb.

Gununsesi.org virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən axşam baş verib.

Mehdiabad polis bölməsindən bildiriblər ki, dünən gecə təxminən saat 24:00-da özünü “Star Media”nın nümayəndəsi kimi təqdim edən şəxslər “Oscar”da çəkiliş aparmaq istəyiblər. Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb.

“Star Media”dan faktı təsdiqləyiblər və bildiriblər ki, döyülmüş jurnalist qadın hazırda xəstəxanadadır.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.

Hazırda araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin sentyabr ayının 23-də elə həmin oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdı. Polis əməkdaşlarının “isti izlər”lə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılmışdı.