Gununsesi.info xəbər verir ki, bu barədə “report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Bakı sakini İsmayıl Qədimov paytaxtdakı gecə klublarından birində olan zaman Marina adlı qadınla tanış olub. Gecə klubundan qadınla çıxaraq başqa məkana keçən şəxs sonradan 3 min manatdan çox pulunun oğurlandığını bilib. O, dərhal polisə məlumat verib.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Marina Pronin saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Gununsesi.info