Bakıda qadın qonşusunu döyərək xəstəxanalıq etdi

Bakıda döyülmə hadisəsi baş verib.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

HTML tutorial

Belə ki, Mirəli Qaşqay küçəsi ev 34, mənzil 10 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Abbasova Almaz Sabir qızı qonşusu tərəfindən döyülüb.

Zərərçəkmiş təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya gətirilib. Ona qarnın və baldırın küt travması diaqnozu qoyulub.

Gununsesi.org