Bakıda qadın sürücü maşını körpüdə aşırtdı – FOTO

  • By admin
  • 23 Mart 2024 08:43

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info APA-ya istinadən bildirir ki, qəza Alı Mustafayev küçəsində körpünün üzərində qeydə alınıb.

İdarəetməni itirən “Hyundai” markalı minik avtomobilinin sürücüsü maşını beton maneyə vuraraq aşırıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü Hüseynova Gülnar Eldar qızı xəsarət alıb. Yaralı əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Qəzanın təfərrüatı araşdırılır.

 

Gununsesi.info