Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

  • By admin
  • 21 Fevral 2020 09:51

Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarından Gununsesiaz.info-ya verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, “Aqroprom” bağları ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesiaz.info