Bakıda qadınla kişi arasında 70 min manatlıq QIZIL DAVASI

  • By admin
  • 08 Noyabr 2017 11:22
Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. 
Gununsesi.info Lent.az-a istinadən  xəbər verir ki, 1960-cı il təvəllüdlü Həsənəliyev Cəfər Qürbət oğlu ərizə yazaraq bildirib ki, bu ilin avqustunda yaşadığı mənzildə tanışına külli miqdarda dəyəri olan qızıl verib. Onun sözlərinə görə, Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Ağayeva Rübabə Cəlal qızına satış məqsədi ilə ümumi dəyəri 68834 manat olan qızıl-zinət əşyaları verib. Lakin həmin qadın məbləği ödəməyərək dələduzluq edib.
Müraciət əsasında araşdırma aparılır.
Gununsesi.info