Bakıda qadınlar ərəblərin pulunu və pasportlarını oğurladı

  • By admin
  • 21 Fevral 2018 19:55


Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb.

Report-un məlumatına görə, paytaxtda turist kimi səfərdə olan Bəhreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Əhməd Nasir Bəhrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yasir Məhəmməd Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pulları və pasportları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info