Bakıda qamışlıq ərazidəki yanğın söndürüldü -YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

21:33

Paytaxtda Binəqədi rayonunda yanğın başlayıb.

Bu barədə xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Gununsesi.info