Gununsesi.info xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev reporta.az-a açıqlamasında deyib ki, ötən üç gün ərzində stansiyaya daxil olan çağırışların sayı artıb: “Son üç gündə yıxılaraq əzilən, yəni travma alan 42 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 39-u xəstəxanaya yerləşdirilib”.