Bakıda qar faciəsi: 4 QADIN YIXILARAQ XƏSARƏT ALIB

  • By admin
  • 17 Fevral 2017 11:51

buz

Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində 4 nəfər yıxılaraq xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya  bildirib ki, xəsarət alanların hamısı qadındır. Onlardan 1-i kəllə beyin və aşağı ətrafların zədəsi ilə Klinik Tibbi Mərkəzə, qalan 3 nəfər isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.

Gununsesi.info