Bakıda qazanxanada partlayış: Xəsarət alan var – FOTO

  • By admin
  • 06 Fevral 2024 07:46

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info