Bakıda qohumlar arasında silahlı mübahisə

  • By admin
  • 24 May 2023 19:29

Bakıda silahlı mübahisə olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Ə.Orucov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Gununsesi.info