Bakıda qonşusunu güllələyən şəxs həbsdə ölüb

  • By admin
  • 09 Noyabr 2017 11:32

Bakıda məhkum ölümü baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılan 1957-ci il təvəllüdlü Hacıqulu Hacıağa oğlu Səlimov xəstəlikdən ölüb.

Qeyd edək ki, Bakı şəhər sakini H. Səlimov 2010-cu ildə qanunsuz gəzdirdiyi tapança ilə qonşusunu güllələdiyi üçün azadlıqdan məhrum edilmişdi.

Gununsesi.info