Sosial şəbəkələrdə pul müqabilində “qulaq sındıran” şəxslər peyda olub.
Gununsesi.info Bakuplus.az -a istinadən xəbər verir ki, sözügedən şəxslər müxtəlif sosial platformalarda bununla bağlı səhifələr açaraq fəaliyyət göstərir.
Əldə etdiyimiz məlumata görə, qulağın biri keyidici vasitə ilə 50 manata sındırılır. Qulaqda zədə, qırıq varsa qiymət dəyişir.
Bildirilir ki, bir çoxları bunu idmançı kimi görünmək üçün edir.