
Quldurluqda şübhəli bilinən paytaxt sakini tutulub, daha bir nəfər isə müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini Dmitri Sakalovun içərisində 2400 manat, açar və sənəd olan pul kisəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ceyhun Bayramov tutulub, daha bir nəfər isə müəyyən edilib.
Anar
Gununsesi.info