Bakıda quldurluqla məşğul olan dəstə tutuldu

  • By admin
  • 09 Noyabr 2016 14:34

hebs

 

Bakıda quldurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 8-də Yasamal rayonu ərazisində 3 nəfər naməlum şəxs Bərdə rayon sakini Elgün İsmayılovu “VAZ-2106” markalı avtomobilə əyləşdirib döyərək 200 manat və 10 min rubl pulunu, habelə mobil telefonunu alıblar.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Bağırov (avtomobilin sahibi), əvvəllər məhkum olunmuşlar Famil Babayev və Balakən rayon sakini Mahir Aşurov tutulublar.

 Gununsesi.info