Bakıda “Range Rover” 3 avtomobilə çırpılaraq aşıb

  • By admin
  • 11 Dekabr 2021 11:04

Bakının Yasamal rayonunda 4 avtomobil qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

HTML tutorial

Belə ki, “Range Rover” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca, daha sonra yol nişanına çırpılıb.

Daha sonra maşın yol kənarında dayanan iki “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb və aşıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Gununsesi.info