Bakıda “Range Rover”lə qəza törədən xanım sürücü jurnalistləri TƏHQİR ETDİ (Video)

  • By arzu
  • 13 Dekabr 2019 14:26

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.

Avtoqəza zamanı Elnur Məmmədovun idarə etdiyi “Jeep Grand Cherokee” markalı minik maşını ilə Lamiyə Əbəçiyevanın idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra sürücülər arasında mübahisə də yaranıb. Hətta “Jeep” markalı avtomobilin xanım sürücüsü APA-nın çəkiliş qrupuna da təzyiqlər göstərib.

Əraziyə polis əməkdaşları cəlb olunub və müayinələr aparılıb. Sürücülər ifadələrinin alınması üçün polis orqanına dəvət edilib.

 

 

Gununsesi.org