Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub

  • Müəllif: admin
  • 28 Avqust 2017 09:48

04996140

Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.

Gununsesi.info report.az-a istinadən bildirir ki, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.

Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.

Gununsesi.info