Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq

  • By admin
  • 28 May 2018 12:09

 Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, 28 May – Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.
Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

– Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
– Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
– Fəvvarələr meydanında;
– Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
– Zərifə Əliyeva parkında;
– Zabitlər parkında.