
Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Gununsesi.info APA-ya istinadən bildirir ki, hadisə Baksol yolunda qeydə alınıb.
Xarıbülbül restoranın qarşısında 1990-ci il təvəllüdlü Babayev Orxan Abdulməcid oğlu tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.