Bakıda Rusiya vətəndaşı qadına 80 min “atdı”

  • By admin
  • 01 Sentyabr 2016 19:37

pul

 

Bakının Yasamal rayonunda dələduzluq hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Mədinə Qurbanova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin fevral ayında Fərid Hüseynov adlı şəxs onu aldadaraq daşınmaz əmlak almaq adı ilə 80 min ABŞ dolları pulunu alıb.

M.Qurbanova ərizəsində bildirib ki, 1979-cu il təvəllüdlü F.Hüseynov Rusiya Federasiyasının vətəndaşıdır.

Faktla bağlı səlahiyyətləri orqanlar tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info