Bakıda səfirlik avtomobili qəzaya düşdü

  • By admin
  • 17 Noyabr 2016 10:45

sefir

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

Gununsesi.info-nun xəbərinə görə,  hadisə Nəsimi rayonu A. Əliyev küçəsi 3 ünvanında qeydə alınıb.  Qəzaya uğrayan avtomobilin İndoneziyanın Azərbaycandakı səfirliyinə məxsus olduğu söylənilir. Belə ki, “Honda” markalı avtomobil “Hyundai” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Nəsimi rayonu Polis İdarəsindən verilən məlumata görə, qəzaya uğrayan  “Honda” markalı avtomobil İndoneziyanın Azərbaycandakı hərbi attaşesinə məxsusdur.

Gülnaz Qənbərli

Gununsesi.info