Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinə məxsus “Hyundai Santafe” markalı avtomobil Bakı şəhər sakini Sadiq Quliyevin idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub. Nəticədə ölən və xəsarət alan olmayıb.

Gununsesi.info