Bakıda sərnişin avtobusa qoyunla mindi - FOTO

  • By admin
  • 03 Avqust 2017 16:30

569366_000

Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib. 

Gununsesi.info PressClub.Az bildirir ki, bu haqda Bakı sakinlərindən biri məlumat verib: “Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyun ilə daxil oldu. Yol boyu qoyun yeri batırıb və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildiriblər ki, a kişi bu nədi? O da cavab verib qoyundu da burda nə var ki?!”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov saytımıza bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: “Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsüz? Bu ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi maşınlar var. Bu bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə izn verib, onu anlaya bilmədim”.

Gununsesi.info