
Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, Zığ-Hövsan yolunda “Mercedes” markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.
Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmaması hələlik dəqiqləşməyib.
