Bakıda sərnişin avtobusu qəza törətdi

  • By admin
  • 05 Yanvar 2017 16:08

88-sayli

Bakıda daha bir avtobus qəzası qeydə alınıb. 88 saylı avtobus Səbail rayonu, Rəşid Behbudov küçəsində qəza törədib.

Gununsesi.info virtualaz.org-a istinadən məlumatına görə, idarəetməni itirən avtobus minik maşınına çırpılıb.

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən isə deyiblər ki, ilkin məlumatlarda hadisəyə minik maşınının sürücüsünün günahkar olduğu bildirilib. “Minik maşınının sürücüsü qırmızı işıqda hərəkət etdiyi üçün qəza baş verib. Yol polisi tərəfindən aparılan araşdırmadan sonra hadisəyə qiymət veriləcək”, – mərkəzdən söyləyiblər.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, dekabrın sonundan indiyədək avtobusların iştirakı ilə 7 qəza baş verib.

Gununsesi.info