
Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu. Gununsesi.info xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Ələddin Heydərovun idarə etdiyi minik avtomobili 21 nömrəli marşrut avtobusuna arxadan çırpılıb. Hadisə avtobusun dayanacaqda sərnişin mindirib düşürdüyü zamanı baş verib. Sürücü Ələddin Heydərovun bildirdiyinə görə, şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpıb. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq qəzanı törədən minik maşına çox ciddi ziyan dəyib.
Qəza ilə bağlı Nobel prospektində bir müddətliyinə tıxac yaranıb. Hadisə yerinə əlavə yol polisi əməkdaşları cəlb olunduqdan sonra yoldakı sıxlıq aradan qalxıb və nəqliyyatın hərəkəti normallaşıb.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
Gununsesi.info