
Bakıda avtobus sürücüsünün kobud qayda pozuntusu qəzaya səbəb olub. Gununsesi.info xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb. 165 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü yol nişanının tələbini pozaraq Beyləqan rayon sakini Mahir Orucovun idarə etdiyi minik maşınının yoluna çıxıb. Sürücü Mahir Orucovun sözlərinə görə, qəzadan yayınmağa çalışsa da, bu heç cür mümkün olmayıb. Qəza zamanı xəsarət alan olmasada avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Avtotexniki ekspertiza təyin olunub. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən avtomobil yol polisinin duracağına aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Gununsesi.info