Bakıda sərnişin avtobusu yandı

 

Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri alışıb.

Gununsesi.info bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:

“BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JH-246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.

Gununsesi.info