Bakıda 175 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun dərəyə aşması nəticəsində yaralananların adları məlum olub.
“Report” xəbər verir ki, Zığ şosesində baş vermiş qəza zamanı xəsarət alan şəxslər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yaralıların adları aşağıdakı kimidir:
1. Məmmədov Rüstəm Ələsgər oğlu, 1964-cü il təvəllüdlü
2. Teymurova Afət Seyfəddin qızı, 1974
3. Cəfərova Sevda Müəllim qızı, 1961
4. Ağayeva Səbirə Xubrəddin qızı, 1975,
5. Qurbanova Mətanət Əzim qızı, 1960
6. Həsənov Taleh Fuad oğlu, 1998
7. Savgin Vasili Aleksandr oğlu, 1975
8. Hüseynli Müşfiq Hicran oğlu, 1998
9. Babayeva Tahirə İlyas qızı, 1936
10. Nəbiyeva Səliqə Əkbər qızı, 1959
11. Yedyayeva İrina Valeri qızı , 1975
12. Əliisgəndərova Aygün Orucəli qızı, 1981
13. Məhərrəmov Elcan Arzuman oğlu, 2003
14. Məmmədli Aygül Vüqar qızı, 2002
15. Namazov Sədi Qəhrəman oğlu, 1938
***18:34
Bakı. 6 yanvar. REPORT.AZ/ Bakıda 175 saylı sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.
Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.
Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.
Polisin məlumatına görə, avtobusda ümumilikdə 30 nəfər olub və qəza avtobus 28 May metrostansiyası yaxınlığından çıxıb Hövsan qəsəbəsi istiqamətində gedən zaman baş verib. Hadisə şahidləri sürücünün ərazidən qaçdığını bildiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.
Gununsesi.info