Bakıda səs-küylü məhkəmə prosesi başlayıb - SENSASİON İTTİHAMLAR

  • By admin
  • 24 Dekabr 2022 12:09

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində səs-küylü cinayət işlərindən biri üzrə məhkəmə prosesinə start verilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə istintaqın zərərçəkən kimi tanıdığı şəxs 5 qat dünya çempionu, “Azimport” şirkətinin sahibi Azər Əsgərovdur.

İttiham aktına görə, prosesdə müdafiə tərəfi olan Kamal Akimov  Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilib.

Dövlət ittihamçısı ittiham aktını təqdim edərkən bildirib ki, Akimov Kamal Akimoviş Bakı Şəhəri Səbail Rayonu, Həsən Abdullayev küçəsi 5 ünvanda yerləşən ofisində və Bakı Şəhərinin digər ünvanlarında Azər Əsgərovu oğurlayacaqlarını, övladları və ailə üzvləri barədə bütün məlumatlara malik olduqlarını  deyərək, 2 milyon ABŞ dolları məbləğində pul tələb edib: “2016-cı ildən 2018-ci ilə qədər Azər Əsgərovdan razılaşdırdığı 1 milyon 360 min manat təşkil edən 800 min ABŞ dolları puldan 500 min dollar hədə-qorxu olmaqla hissə-hissə alıb”.

Dövlət ittihamçısı deyib ki, Kamal Akimov Bakı şəhəri Səbail Rayonu, Xanlar küçəsi 8 ünvanda yerləşən 128 kv metr sahəyə malik qeyri-yaşayış sahəsinin “Azimport” şirkəti tərəfindən sökülməsini əsas gətirərək bu pulları tələb edib.

Dövlət ittihamçısının çıxışından sonra Azər Əsgərov ifadə verib.

O, da öz çıxşında ittiham aktında yazınları təsdiq edib.

Kamal Akimov isə ittihamlara görə, özünü təqsirli bilmədiyini deyib. O, bildirib ki, ona məxsus ərazidəki qeyri-yaşayış tikililəri  “Azimport” şirkəti tərəfindən qanunsuz sökülüb.

Aidiyyatı üzrə şikayətlərindən sonra əraziyə sahib çıxan “Azimport” şirkətinin timsalında Azər Əsgərovdan pulunu tələb edib: “Bu gün haqlı olduğum halda haqsız duruma düşmüşəm. Azər Əsəgrov mənim halal pulumu verməyib. Mənim əmlakım əlimdən alınıb. Əmlakımn dəyərini tələb etməyim nə zamandan cinayət olub?”

Ancaq onun bu sözləri Azər Əsəgrovla arasında mübahisəyə səbəb olub.

Azər Əsgərov bildirib ki, onun şirkəti həmin ərazini almayıb: “Oranı alan da, tikintini sifariş verən də bəllidir. Mən orada layihləndirmə və tikinti işini görmüşəm”.

Onun bu çıxışından sonra müdafiə tərəfinin vəkili Ceyhun Yusifov Azər Əsgərova bu sualları verib:

Ceyhun Yusifov: Əgər Siz orada söküntü ilə məşğul olmamısınızsa, o zaman nədən “Azimport”a məxsus texnikalar söküntünü aparırdı?  Bunun üçün video sübutlar var.

Azər Əsəgrov: “Mən bunu bilmirəm. Mənim texnikalarım çoxdur. Hər gün onları güdmək kimi zamanım da yoxdur.

Ceyhun Yusifov: Siz ifadənizdə demisiniz ki, həmin dövlərdə sizi Milli Təhlükəsizlik Nazirliyinə çağırmışdılar. Sizi oraya niyə çağırıblar?

Azər Əsgərov: “Məni Təhsin Ağayev və Füzuli Əliyev adlı şəxslər çağırııb. Bildirdilər ki, Kamala və bizə pul verməlisən.

Ceyhun Yusifov: Axı, sizin MTN-nə çağırılan dövrlə pul verdiyiniz dövrlər arasında fərq çoxdur.

Azər Əsgərov:  Mən təkcə, MTN-lə təhdid olunmamışam. Müxtəlif adamlar məni övladlarımın öldürülməsi ilə hədələyirdi. Başqa millətin nümayəndələri idi.

Bu arada prokuror “Hansı millətin, kimlər idi” deyə sual edib.

Azər Əsgərov deyir ki, Bayraq Meydanı yanında Dağıstan Respublikasına məxsus avtomobillər onu sıxışdırıb və uşağının şəkillərini ona göstərib: “Mən düşündüm ki, övladlarım mənim üçün puldan artıq deyil.Həmin zaman ailəmə mühafizəçi tudum. Polislər də mühafizə elədi”. 

Ceyhun Yusifov: Dediniz ki, ailənizi mühafizə elədiniz. Nə zaman əmin oldunuz ki, təhlükə sovuşub?

Azər Əsgərov: Dedim axı, polisin mühafizəsi oldu.

Ceyhun Yusifov: Bəs təhlükə sovuşubsa, sonra niyə pul verdiniz?

Azər Əsgərov: Kriminal qrupların təhdidindən söhbət gedir. Siz axı bunu bilirsiniz ki, bu nə deməkdir?

Ceyhun Yusifov: Siz puldan qabaq 250 kv metrlik sahə təqdim etmisiniz. Siz ancaq tikintiyə baxırdınızsa, niyə o zaman bunu təklif edirdiniz?

Azər Əsgərov:  Bu o zaman idi ki, mənə təhdid yox idi. Gəldi ki, söküblər, dedim problem yoxdur. Halallıq olsun. 2 milyon tələb edirdi. Yerinə uyğun  250 kv metrlik mənzil təklif etdik. Amma razılaşmadı.  Sonrasını da bilirsiniz…

Ceyhun Yusifov: “Bu gün Kamal Akimov sizdən aldıqlarını qaytarsa, a 250 yox, 70 kv metrlik sahə verərsiniz?

Azər Əsgərov: Artıq yox. Bu qədər olaylar oldu. Streeslər yaşandı. Qanun nə deyirsə, elə də olsun.

 

Məhkəmə davam edir.

 

Elmar

Gununsesi.info