Bakıda səs rejissoru intihara cəhd etdi

Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Namiq Piri oğlu Zeynalov yaşadığı evdə özünü asıb.

O yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, N.Zeynalov uzun müddət İctimai Televiziya və Radio Yayımları Şirkətində işləyib.

Gununsesi.info