Bakıda səfirlik əməkdaşı qarət edildi –  9645 manat, 500 dollar...

  • By admin
  • 01 Yanvar 2017 20:22

image20951339_51d5f5a66cb33c9e693087dcf8751d5e

 

Bakının Xətai rayonda oğurluq hadisəsi baş verib.

Gununsesi.info Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Nobel prospekti ərazisində qeydə alınıb. Həmin ünvanda Küveyt vətəndaşı Abdullah Alhubaidahın içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantası oğurlanıb.

Abdullah Alhubaidahın oğurluq hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşları tərəfindən oğurluğun Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.

Abdullah Alhubaidah Küveytin Azərbaycandakı səfirliyində çalışdığı bildirilir.

 

Gununsesi.info