Bakıda şəhid polkovnikin cənazəsinin qarşılanması üçün yürüş olub - VİDEO

  • By admin
  • 14 İyul 2020 22:40

Bakı sakinləri şəhid polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamaq üçün yürüş ediblər.

Gununsesi.org report-a istinadla xəbər verir ki, Xətai və Nizami rayonunda yüzlərlə  insan bir neçə küçə boyunca yürüş edərək “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.

Gununsesi.org